Ateizmin qarşısıalınmaz süqutunun səbəbi son zamanlar elm və fəlsəfə
sahəsindəki inkişafdır. Şübhəsiz ki, ateist dünyagörüşünün sarsılması, yerinə başqa bir dünyagörüşünün hakim
olması mənasına gəlir ki, bu da Quran əxlaqıdır.
İnsanlıq tarixində vacib dönüş nöqtələri var. Hal-hazırda bu dönüş nöqtələrindən
birindəyik. Bəziləri bunu qloballaşma, bəziləri bilik çağının başlanğıcı olaraq şərh edir. Son 20-25 ildir elm
və fəlsəfə sahəsində yaşanan böyük inkişaf sayəsində 19-cu əsrdən bu yana elm və düşüncə dünyasında üstün olan
ateizm, qarşısıalınmaz şəkildə süquta məruz qalır.
Ateizmin əsl yüksəlişi 18-ci əsr Avropasındakı
bəzi din əleyhdarı mütəffəkirlərin fəlsəfələrinin yayılması və siyasi nəticələr verməsi ilə başladı. Didro,
Holbax, Baron kimi materialistlər kainatın sonsuzdan bəri var olan bir maddə yığını olduğunu irəli sürdülər.
19-cu əsrdə ateizm daha da yayıldı. Feyerbax, Marks, Nitsşe, Durkheym, Freyd kimi mütəffəkirlər ateist
düşüncəni fərqli elm və fəlsəfə sahələrinə tətbiq etdilər.
Ateizmə ən böyük dəstəyi təmin edən insan
isə yaradılışı rədd edən və buna qarşı təkamül nəzəriyyəsini irəli sürən Çarlz Darvin oldu. Darvinizm əsrlər
boyu ateistlərin cavab verə bilmədikləri “canlılar və insan necə var oldu” sualına sözdə elmi cavab gətirdi.
19-cu əsrin sonlarında ateistlər özlərinin fikrincə hər şeyi aydınlaşdırdıqlarını zənn etdikləri bir
dünyagörüşü meydana gətirdilər:
Kainatın yaradıldığını inkar edir, kainatın sonsuzdan bəri var olduğunu və başlanğıcının
olmadığını iddia edirdilər.
Kainatdakı nizam və tarazlığın təsadüflərin nəticəsi olduğunu irəli sürür, kainatda heç bir
məqsəd olmadığını iddia edirdilər.
Canlıların və insanın necə var olması sualının darvinizm tərəfindən cavablandırıldığını zənn
edirdilər.
Tarix və sosialogiyanın Marks və Durkheim tərəfindən, psixologiyanın isə Freyd tərəfindən
açıqlandığını zənn edirdilər.
Bu fikirlərin hər biri 20-ci əsrdəki elmi, siyasi və ictimai inkişaflarla süqut etdi.
Astronomiyadan biologiyaya, psixologiyadan ictimai əxlaqa qədər bir çox fərqli kəşf, müşahidə və nəticələr
ateizmin bütün fərziyyələrini təməlindən süqut etdirdi.
İndi fərqli elm sahələrinin bu istiqamətdə
ortaya qoyduqları nəticələri analiz edib ateizmdən sonrakı dövrün insanlığa nələr gətirəcəyinə bir nəzər
yetirək.
Fridrix Nitsşe kimi 19-cu əsr
filosofları ateizmin cəmiyyətdə yayılması üçün böyük səy göstərdilər. 21-ci əsrə gəldikdə isə elmin hər
sahəsində ateist dünyagörüşünün verdiyi zərər meydana çıxdı. 20-ci əsrdə elmin ateizmə vurduğu ilk böyük zərbə
kosmologiya sahəsində oldu. Sonsuzdan bəri var olan kainat inancı süqut etdi və kainatın bir başlanğıcı
olduğu, başqa sözlə desək, yoxdan yaradıldığı elmi dəlillərlə ortaya çıxdı.
Sonsuzdan bəri mövcud
olan kainat fikri qərb dünyasına materialist fəlsəfə ilə birlikdə gəlmişdi. Qədim Yunanıstanda inkişaf edən
fəlsəfə maddədən başqa bir varlıq olmadığını müdafiə edir, kainatın sonsuzdan gəlib sonsuza getdiyini irəli
sürürdü. Yeni Dövrdə Avropa filosoflarının yenidən Qədim Yunan qaynaqlarına maraq göstərmələri ilə birlikdə
materializm də yenidən qəbul olunmağa başladı.
Materialist kainat anlayışını ilk müdafiə edən insan
məşhur alman filosofu İmmanuel Kant oldu. Kant kainatın sonsuzdan bəri mövcud olduğunu və bu sonsuzluq içində
hər ehtimalın mümkün sayılmasının lazım olduğunu irəli sürdü. 19-cu əsrdə kainatın bir başlanğıcı, yəni
yaradılış anı olmadığı şəklindəki iddia geniş vüssət aldı. Karl Marks, Fridrix Engels kimi dialektik
materialistlərin sahibləndiyi bu iddia 20-ci əsrə hakim oldu.
Politzer yaradılışa qarşı sonsuz
kainat fikrini müdafiə edərkən elmin onun tərəfində olduğunu düşünürdü. Halbuki, elm çox keçmədən Politzerin
“əgər elə olsa, bir Yaradıcı olduğunu qəbul etmek lazım olardı” deyərkən ifadə etdiyi gerçəyi, yəni kainatın
bir başlanğıcı olduğunu sübut etdi.
Bu sübut 20-ci əsr astronomiyasının bəlkə də ən önəmli anlayışı
olan Big Bang nəzəriyyəsindən gəldi. Belə ki, maddə və zaman həcmsiz nöqtənin xaricə doğru partlamasından
meydana gəlmişdir. Bir başqa ifadə ilə desək, kainat yoxdan yaradılmışdır.
Beləliklə, müasir
astronomiyanın gəldiyi nəticə budur: maddəni və zamanı hər ikisindən də müstəqil olan sonsuz güc sahibi bir
Yaradıcı var etmişdir. İçində yaşadığmız kainatı var edən, sonsuz güc sahibi Allah‘dır.
Yuxarıda ifadə etdiyimiz kimi, 19-cu əsrdə zirvəyə yüksələn ateizmin ən önəmli dayağı Darvinin
təkamül nəzəriyyəsidir. Darvinizm insanın və bütün digər canlıların mənşəyinin şüursuz təbiət mexanizmləri
olduğunu irəli sürməklə ateistlərə əsrlərdir axtardıqları fürsəti təmin etmişdir.
Fosil elmi,
biokimya, anatomiya, genetika kimi fərqli elm sahələrinin ortaya qoyduğu kəşflər təkamül nəzəriyyəsini fərqli
istiqamətlərdən süqut etdirmişdir. (Harun Yəhya, Həyatın Gerçək Mənşəyi)
Bütün bu həqiqətlər
20-ci əsrin sonunda darvinizmi küncə sıxışdırdı. Bugün başda ABŞ olmaqla bir çox qərb ölkələrində elm adamları
arasında şüurlu dizayn (intelligent design) anlayışı yayılır. Elmi kəşflər canlılarda dizayn mövcud olduğunu
göstərir və bu da yaradılışı sübut edir. Qısacası, elm Allah‘ın bütün canlıları yaratdığı gerçəyini bir daha
təsdiq edir.
Psixiatr Ziqmund Freyd ruhun varlığını rədd edən, insanın bütün mənəvi dünyasını cinsi və
oxşar dünyəvi impulslarla izah etməyə çalışan bir psixoloji nəzəriyyə ortaya atdı. Ən böyük müqaviməti isə
dinə qarşı idi. 1927-ci ildə nəşr olunan The Future of an Illusion (İllüziyanın Gələcəyi) adlı
kitabında,dini inancın bir növ əsəb xəstəliyi (nevroz) olduğunu irəli sürür və insanlığın inkişafı ilə
birlikdə dini inancların tamamilə ortadan qalxacağını iddia edirdi. Freyddən sonra da psixologiya elmi
ateist bünövrəsi ilə inkişaf etdi.
Ancaq psixoloqların çoxunun içinə düşdüyü bu böyük aldanış,
şəxsən özlərinin apardıqları psixoloji tədqiqatlar nəticəsındə çürüdüldü. Əvvəlcə freydizmin əsas
fərziyyələrinin heç bir elmi dayağı olmadığı ortaya çıxdı. Amerikalı yazıçı Patrick Glynnin ifadəsi ilə
"20-ci əsrin sonunda müasir psixologiya dinlə yenidən tanış olmağa başladı və insanın zehni həyatı
haqqındakı dünyəvi dünyagörüşünün həm nəzəri, həm də praktiki səviyyədə çökdüyü ortaya çıxdı".
Amerika Sağlamlıq Tədqiqatları Milli Mərkəzindən David B.Larson
tərəfindən toplanan tədqiqat nəticələrinə görə, dindarların digər insanlara nisbətən ürək xəstəliklərinə 60%
daha az tutulduqları, intihar səviyyəsi isə 100% daha aşağı olduğu, təzyiq problemləri ilə çox az
rastlaşdıqları, siqaret çəkənlər arasında bu nisbətin 1/7 olduğu kimi maraqlı nəticələr ortaya çıxmışdır.
Bütün bunlar bunu göstərir: Allah‘a olan iman, başqa hər hansı bir mənəvi təsirdən daha güclüdür.
Benson bu tədqiqatların ardından digər heç bir etiqadın Allah‘a olan inanc kimi zehnə hüzur vermədiyi
nəticəsinə gəldiyini açıqlayır.
Bəs niyə imanla insanın ruh və bədəni arasında belə bir xüsusi
əlaqə var? Dünyəvi tədqiqatçı olan Bensonun gəldiyi nəticə özünün ifadəsi ilə desək, insan bədəninin və
zehninin Allah‘a görə nizamlı qurulmuş olmasıdır.
Müasir tibb elmi yuxarıda qisaca qeyd etdiyimiz
kəşflər işığında bu həqiqəti başa düşmə istiqamətindədir. Glynnin ifadəsi ilə desək, müasir tibb müalicənin
tam maddi üsullar xaricində də boyutları olduğu həqiqətini qəbul etmə yolunda irəliləyir.
Ateizmin 20-ci əsrdə çöküşü siyasət və ictimai əxlaq səviyyəsində də oldu. Kommunizmin
süqutu bunun önəmli nümunələrindən biridir. İdeologiyanın qurucuları olan Marks, Engels, Stalin, Lenin,
Troçki və ya Mao ateizmi ən əsas prinsip olaraq mənimsəmişdilər. Komunist rejimlər ateizmin cəmiyyətə
mənimsədilməsini və dini etiqadların yox edilməsini əsas hədəf olaraq müəyyən etmişdilər.
20-ci
əsr sadəcə kommunizmin deyil, 19-cu əsrdəki din əleyhdarı fəlsəfələrin bir digəri olan faşizmin də çöküşünü
müəyyənləşdirmişdir. Faşizm, ateizm və bütpərəstliyin qarışığı sayılabiləcək və İlahi dinlərə düşmən olan
fəlsəfənin məhsuludur. Faşizmin yaradıcısı olan Fridrix Nitsşe bütpərəst vəhşi cəmiyyətlərin əxlaqını
tərifləmiş, başda xristianlıq olmaqla İlahi dinlərə hücum etmiş, hətta özünü Dəccal (Antichrist) olaraq
tanıtmışdır. Nasist Almaniyasındakı qorxunc vəhşiliklər Nitsşe və davamçısı olan Martin Xaydeqqerin
fikirlərindən yaranmışdır. 55 milyon insanın həyatına bais olan 2-ci Dünya Müharibəsi ateizmin insanlığa
gətirdiyi fəlakətlərin bir digər nümunəsidir.
Ateist mənşəli olan və ictimai təxribata yol açan
hərəkatlardan biri də 60-70-ci illərdə yayılan cinsi inqilab hərəkatıdır. Bu hərəkatın çox böyük ictimai
yara açdığı dünyəvi tarixçilər tərəfindən də qəbul edilir.
Bütün bu ateist mənşəli proqramların
hər birinin həmişə fəlakətlə nəticələnməsi, ictimai baxımdan da dövrümüzdə ateizmin tam bir iflasın
astanasında olduğunun sübutlarındandır.
Bura qədər qısaca yekunlaşdırdığımız məlumatlar ateizmin tənəzzül
içində olduğunu göstərir. Digər sözlə insanlar Allah‘a yönəlir. Məşhur dövlət adamlarından kino ulduzlarına
və ya pop ifaçılarına qədər qərb ictimaiyyəti əvvəlki illərə nisbətən daha çox dindardılar. Uzun illər
ateist olaraq yaşadıqdan sonra gördükləri həqiqətlər qarşısında Allah‘a iman edən bir çox insan var. (Bax:
Harun Yəhya, Qərb Dünyası Allah‘a Yönəlir)
Buna səbəb olan elmi nailiyyətlərin həmişə eyni
zamanda, yəni 1970-ci illərin ikinci yarısından etibarən başlamış olması maraqlı haldır. Şübhəsiz ateist
dünyagörüşünün məhv olması, yerinə başqa bir dünyagörüşünün hakim olması anlamına gəlir ki, bu da Quran
əxlaqıdır. Dünya 1970-ci illərin sonlarından (və ya başqa ifadə ilə hicri 14-cü əsrin başlanğıcından)
etibarən dinin yüksəlişinə şahid olur. Digər ictimai proseslər kimi bu da bir gündə deyil, uzun müddət
ərzində baş verdiyi üçün çoxları bunun fərqində olmaya bilər. Halbuki, bu irəliləyişləri bir az daha
diqqətli dəyərləndirənlər, dünyanın düşüncə sahəsində böyük bir dönüş nöqtəsi olduğunu görürlər.
Əsrlərdir insanlara ağıl və elmin yolu kimi göstərilmək istənən ateizmin böyük bir ağılsızlıq və cəhalət
olduğu açıq-aydın ortaya çıxır. Ateizmdən xilas olan dünya Allah‘a və dinə yönəlir.
Şübhəsiz bu
dövrdə Müsəlmanlara əhəmiyyətli vəzifə düşür. Müsəlmanlar bu böyük fikri dəyişikliyin fərqində olan, onu
şərh edən, qloballaşmanın səbəb olduğu imkanları çox düzgün istifadə edən, bu yolla həqiqəti ən yaxşı və
səmərəli şəkildə təmsil edən insanlar olmalıdırlar.
“Dünyəvi tarıxçilər” bu faktlara da özlərinə
görə bir izah verməyə çalışacaqlar. Ancaq onlar Allah‘ın varlığı mövzusunda böyük yalnışlıq içindədirlər.
Əslində tarix Allah‘ın müəyyən etdiyi qədərə (sünnətullaha) görə işləyir. Allah bu həqiqəti bizə,
"Sən Allah‘ın qayda-qanununa heç bir əvəz tapa bilməzsən, Allah‘ın qayda-qanununda heç bir dəyişiklik də
tapa bilməzsən". (Fətir Surəsi, 43) buyuraraq bildirir. Dolayısilə tarixin bir məqsədi var. Tarix
Allah‘ın dilədiyi kimi inkişaf edir. Bir ayədə belə buyurulur: "Onlar ağızları ilə Allah‘ın nurunu
söndürmək istəyirlər. Allah isə (buna) yol verməz, kafirlərin xoşuna gəlməsə də, O, Öz nurunu
tamamlayar". (Tövbə Surəsi, 32)
Allah vəhy etdiyi İlahi dinlərlə
insanlara nurunu endirmişdir. İnkarçılar isə bu nuru ağızları, yəni sözləri, təlqinləri, təbliğatları və
fəlsəfələri ilə söndürmək istəyirlər. Ancaq Allah sonunda nurunu tamamlayacaq, yəni din əxlaqını dünyaya
hakim edəcək.
Yazının əvvəlində bəhs etdiyimiz tarixin dönüş nöqtəsi istər burda verdiyimiz
dəlillərlə, istərsə də hədislərin və bəzi alimlərin işarələri ilə məhz bu ola bilər (Əlbəttə doğrusunu Allah
bilir).
Bütün bunlar göstərir ki, Allah‘dan bixəbər yaşayan bir çox qafil insanın imanla
şərəflənəcəyi ateizmdən sonrakı dövr sürətlə yaxınlaşır.