Ateizmin qarşısıalınmaz süqutunun səbəbi son zamanlar elm və fəlsəfə sahəsindəki inkişafdır. Şübhəsiz ki, ateist dünyagörüşünün sarsılması, yerinə başqa bir dünyagörüşünün hakim olması mənasına gəlir ki, bu da Quran əxlaqıdır.

İnsanlıq tarixində vacib dönüş nöqtələri var. Hal-hazırda bu dönüş nöqtələrindən birindəyik. Bəziləri bunu qloballaşma, bəziləri bilik çağının başlanğıcı olaraq şərh edir. Son 20-25 ildir elm və fəlsəfə sahəsində yaşanan böyük inkişaf sayəsində 19-cu əsrdən bu yana elm və düşüncə dünyasında üstün olan ateizm, qarşısıalınmaz şəkildə süquta məruz qalır.

Ateizmin əsl yüksəlişi 18-ci əsr Avropasındakı bəzi din əleyhdarı mütəffəkirlərin fəlsəfələrinin yayılması və siyasi nəticələr verməsi ilə başladı. Didro, Holbax, Baron kimi materialistlər kainatın sonsuzdan bəri var olan bir maddə yığını olduğunu irəli sürdülər. 19-cu əsrdə ateizm daha da yayıldı. Feyerbax, Marks, Nitsşe, Durkheym, Freyd kimi mütəffəkirlər ateist düşüncəni fərqli elm və fəlsəfə sahələrinə tətbiq etdilər.

Ateizmə ən böyük dəstəyi təmin edən insan isə yaradılışı rədd edən və buna qarşı təkamül nəzəriyyəsini irəli sürən Çarlz Darvin oldu. Darvinizm əsrlər boyu ateistlərin cavab verə bilmədikləri “canlılar və insan necə var oldu” sualına sözdə elmi cavab gətirdi. 19-cu əsrin sonlarında ateistlər özlərinin fikrincə hər şeyi aydınlaşdırdıqlarını zənn etdikləri bir dünyagörüşü meydana gətirdilər:

  • Kainatın yaradıldığını inkar edir, kainatın sonsuzdan bəri var olduğunu və başlanğıcının olmadığını iddia edirdilər.
  • Kainatdakı nizam və tarazlığın təsadüflərin nəticəsi olduğunu irəli sürür, kainatda heç bir məqsəd olmadığını iddia edirdilər.
  • Canlıların və insanın necə var olması sualının darvinizm tərəfindən cavablandırıldığını zənn edirdilər.
  • Tarix və sosialogiyanın Marks və Durkheim tərəfindən, psixologiyanın isə Freyd tərəfindən açıqlandığını zənn edirdilər.


Bu fikirlərin hər biri 20-ci əsrdəki elmi, siyasi və ictimai inkişaflarla süqut etdi. Astronomiyadan biologiyaya, psixologiyadan ictimai əxlaqa qədər bir çox fərqli kəşf, müşahidə və nəticələr ateizmin bütün fərziyyələrini təməlindən süqut etdirdi.

İndi fərqli elm sahələrinin bu istiqamətdə ortaya qoyduqları nəticələri analiz edib ateizmdən sonrakı dövrün insanlığa nələr gətirəcəyinə bir nəzər yetirək.



Fridrix Nitsşe kimi 19-cu əsr filosofları ateizmin cəmiyyətdə yayılması üçün böyük səy göstərdilər. 21-ci əsrə gəldikdə isə elmin hər sahəsində ateist dünyagörüşünün verdiyi zərər meydana çıxdı. 20-ci əsrdə elmin ateizmə vurduğu ilk böyük zərbə kosmologiya sahəsində oldu. Sonsuzdan bəri var olan kainat inancı süqut etdi və kainatın bir başlanğıcı olduğu, başqa sözlə desək, yoxdan yaradıldığı elmi dəlillərlə ortaya çıxdı.

Sonsuzdan bəri mövcud olan kainat fikri qərb dünyasına materialist fəlsəfə ilə birlikdə gəlmişdi. Qədim Yunanıstanda inkişaf edən fəlsəfə maddədən başqa bir varlıq olmadığını müdafiə edir, kainatın sonsuzdan gəlib sonsuza getdiyini irəli sürürdü. Yeni Dövrdə Avropa filosoflarının yenidən Qədim Yunan qaynaqlarına maraq göstərmələri ilə birlikdə materializm də yenidən qəbul olunmağa başladı.

Materialist kainat anlayışını ilk müdafiə edən insan məşhur alman filosofu İmmanuel Kant oldu. Kant kainatın sonsuzdan bəri mövcud olduğunu və bu sonsuzluq içində hər ehtimalın mümkün sayılmasının lazım olduğunu irəli sürdü. 19-cu əsrdə kainatın bir başlanğıcı, yəni yaradılış anı olmadığı şəklindəki iddia geniş vüssət aldı. Karl Marks, Fridrix Engels kimi dialektik materialistlərin sahibləndiyi bu iddia 20-ci əsrə hakim oldu.

Politzer yaradılışa qarşı sonsuz kainat fikrini müdafiə edərkən elmin onun tərəfində olduğunu düşünürdü. Halbuki, elm çox keçmədən Politzerin “əgər elə olsa, bir Yaradıcı olduğunu qəbul etmek lazım olardı” deyərkən ifadə etdiyi gerçəyi, yəni kainatın bir başlanğıcı olduğunu sübut etdi.

Bu sübut 20-ci əsr astronomiyasının bəlkə də ən önəmli anlayışı olan Big Bang nəzəriyyəsindən gəldi. Belə ki, maddə və zaman həcmsiz nöqtənin xaricə doğru partlamasından meydana gəlmişdir. Bir başqa ifadə ilə desək, kainat yoxdan yaradılmışdır.

Beləliklə, müasir astronomiyanın gəldiyi nəticə budur: maddəni və zamanı hər ikisindən də müstəqil olan sonsuz güc sahibi bir Yaradıcı var etmişdir. İçində yaşadığmız kainatı var edən, sonsuz güc sahibi Allah‘dır.

Yuxarıda ifadə etdiyimiz kimi, 19-cu əsrdə zirvəyə yüksələn ateizmin ən önəmli dayağı Darvinin təkamül nəzəriyyəsidir. Darvinizm insanın və bütün digər canlıların mənşəyinin şüursuz təbiət mexanizmləri olduğunu irəli sürməklə ateistlərə əsrlərdir axtardıqları fürsəti təmin etmişdir.

Fosil elmi, biokimya, anatomiya, genetika kimi fərqli elm sahələrinin ortaya qoyduğu kəşflər təkamül nəzəriyyəsini fərqli istiqamətlərdən süqut etdirmişdir. (Harun Yəhya, Həyatın Gerçək Mənşəyi)

Bütün bu həqiqətlər 20-ci əsrin sonunda darvinizmi küncə sıxışdırdı. Bugün başda ABŞ olmaqla bir çox qərb ölkələrində elm adamları arasında şüurlu dizayn (intelligent design) anlayışı yayılır. Elmi kəşflər canlılarda dizayn mövcud olduğunu göstərir və bu da yaradılışı sübut edir. Qısacası, elm Allah‘ın bütün canlıları yaratdığı gerçəyini bir daha təsdiq edir.


Psixiatr Ziqmund Freyd ruhun varlığını rədd edən, insanın bütün mənəvi dünyasını cinsi və oxşar dünyəvi impulslarla izah etməyə çalışan bir psixoloji nəzəriyyə ortaya atdı. Ən böyük müqaviməti isə dinə qarşı idi. 1927-ci ildə nəşr olunan The Future of an Illusion (İllüziyanın Gələcəyi) adlı kitabında,dini inancın bir növ əsəb xəstəliyi (nevroz) olduğunu irəli sürür və insanlığın inkişafı ilə birlikdə dini inancların tamamilə ortadan qalxacağını iddia edirdi. Freyddən sonra da psixologiya elmi ateist bünövrəsi ilə inkişaf etdi.

Ancaq psixoloqların çoxunun içinə düşdüyü bu böyük aldanış, şəxsən özlərinin apardıqları psixoloji tədqiqatlar nəticəsındə çürüdüldü. Əvvəlcə freydizmin əsas fərziyyələrinin heç bir elmi dayağı olmadığı ortaya çıxdı. Amerikalı yazıçı Patrick Glynnin ifadəsi ilə "20-ci əsrin sonunda müasir psixologiya dinlə yenidən tanış olmağa başladı və insanın zehni həyatı haqqındakı dünyəvi dünyagörüşünün həm nəzəri, həm də praktiki səviyyədə çökdüyü ortaya çıxdı".


Amerika Sağlamlıq Tədqiqatları Milli Mərkəzindən David B.Larson tərəfindən toplanan tədqiqat nəticələrinə görə, dindarların digər insanlara nisbətən ürək xəstəliklərinə 60% daha az tutulduqları, intihar səviyyəsi isə 100% daha aşağı olduğu, təzyiq problemləri ilə çox az rastlaşdıqları, siqaret çəkənlər arasında bu nisbətin 1/7 olduğu kimi maraqlı nəticələr ortaya çıxmışdır.

Bütün bunlar bunu göstərir: Allah‘a olan iman, başqa hər hansı bir mənəvi təsirdən daha güclüdür. Benson bu tədqiqatların ardından digər heç bir etiqadın Allah‘a olan inanc kimi zehnə hüzur vermədiyi nəticəsinə gəldiyini açıqlayır.

Bəs niyə imanla insanın ruh və bədəni arasında belə bir xüsusi əlaqə var? Dünyəvi tədqiqatçı olan Bensonun gəldiyi nəticə özünün ifadəsi ilə desək, insan bədəninin və zehninin Allah‘a görə nizamlı qurulmuş olmasıdır.

Müasir tibb elmi yuxarıda qisaca qeyd etdiyimiz kəşflər işığında bu həqiqəti başa düşmə istiqamətindədir. Glynnin ifadəsi ilə desək, müasir tibb müalicənin tam maddi üsullar xaricində də boyutları olduğu həqiqətini qəbul etmə yolunda irəliləyir.

 

Ateizmin 20-ci əsrdə çöküşü siyasət və ictimai əxlaq səviyyəsində də oldu. Kommunizmin süqutu bunun önəmli nümunələrindən biridir. İdeologiyanın qurucuları olan Marks, Engels, Stalin, Lenin, Troçki və ya Mao ateizmi ən əsas prinsip olaraq mənimsəmişdilər. Komunist rejimlər ateizmin cəmiyyətə mənimsədilməsini və dini etiqadların yox edilməsini əsas hədəf olaraq müəyyən etmişdilər.

20-ci əsr sadəcə kommunizmin deyil, 19-cu əsrdəki din əleyhdarı fəlsəfələrin bir digəri olan faşizmin də çöküşünü müəyyənləşdirmişdir. Faşizm, ateizm və bütpərəstliyin qarışığı sayılabiləcək və İlahi dinlərə düşmən olan fəlsəfənin məhsuludur. Faşizmin yaradıcısı olan Fridrix Nitsşe bütpərəst vəhşi cəmiyyətlərin əxlaqını tərifləmiş, başda xristianlıq olmaqla İlahi dinlərə hücum etmiş, hətta özünü Dəccal (Antichrist) olaraq tanıtmışdır. Nasist Almaniyasındakı qorxunc vəhşiliklər Nitsşe və davamçısı olan Martin Xaydeqqerin fikirlərindən yaranmışdır. 55 milyon insanın həyatına bais olan 2-ci Dünya Müharibəsi ateizmin insanlığa gətirdiyi fəlakətlərin bir digər nümunəsidir.

Ateist mənşəli olan və ictimai təxribata yol açan hərəkatlardan biri də 60-70-ci illərdə yayılan cinsi inqilab hərəkatıdır. Bu hərəkatın çox böyük ictimai yara açdığı dünyəvi tarixçilər tərəfindən də qəbul edilir.

Bütün bu ateist mənşəli proqramların hər birinin həmişə fəlakətlə nəticələnməsi, ictimai baxımdan da dövrümüzdə ateizmin tam bir iflasın astanasında olduğunun sübutlarındandır.

 

Bura qədər qısaca yekunlaşdırdığımız məlumatlar ateizmin tənəzzül içində olduğunu göstərir. Digər sözlə insanlar Allah‘a yönəlir. Məşhur dövlət adamlarından kino ulduzlarına və ya pop ifaçılarına qədər qərb ictimaiyyəti əvvəlki illərə nisbətən daha çox dindardılar. Uzun illər ateist olaraq yaşadıqdan sonra gördükləri həqiqətlər qarşısında Allah‘a iman edən bir çox insan var. (Bax: Harun Yəhya, Qərb Dünyası Allah‘a Yönəlir)

Buna səbəb olan elmi nailiyyətlərin həmişə eyni zamanda, yəni 1970-ci illərin ikinci yarısından etibarən başlamış olması maraqlı haldır. Şübhəsiz ateist dünyagörüşünün məhv olması, yerinə başqa bir dünyagörüşünün hakim olması anlamına gəlir ki, bu da Quran əxlaqıdır. Dünya 1970-ci illərin sonlarından (və ya başqa ifadə ilə hicri 14-cü əsrin başlanğıcından) etibarən dinin yüksəlişinə şahid olur. Digər ictimai proseslər kimi bu da bir gündə deyil, uzun müddət ərzində baş verdiyi üçün çoxları bunun fərqində olmaya bilər. Halbuki, bu irəliləyişləri bir az daha diqqətli dəyərləndirənlər, dünyanın düşüncə sahəsində böyük bir dönüş nöqtəsi olduğunu görürlər.

Əsrlərdir insanlara ağıl və elmin yolu kimi göstərilmək istənən ateizmin böyük bir ağılsızlıq və cəhalət olduğu açıq-aydın ortaya çıxır. Ateizmdən xilas olan dünya Allah‘a və dinə yönəlir.

Şübhəsiz bu dövrdə Müsəlmanlara əhəmiyyətli vəzifə düşür. Müsəlmanlar bu böyük fikri dəyişikliyin fərqində olan, onu şərh edən, qloballaşmanın səbəb olduğu imkanları çox düzgün istifadə edən, bu yolla həqiqəti ən yaxşı və səmərəli şəkildə təmsil edən insanlar olmalıdırlar.

“Dünyəvi tarıxçilər” bu faktlara da özlərinə görə bir izah verməyə çalışacaqlar. Ancaq onlar Allah‘ın varlığı mövzusunda böyük yalnışlıq içindədirlər. Əslində tarix Allah‘ın müəyyən etdiyi qədərə (sünnətullaha) görə işləyir. Allah bu həqiqəti bizə, "Sən Allah‘ın qayda-qanununa heç bir əvəz tapa bilməzsən, Allah‘ın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməzsən". (Fətir Surəsi, 43) buyuraraq bildirir. Dolayısilə tarixin bir məqsədi var. Tarix Allah‘ın dilədiyi kimi inkişaf edir. Bir ayədə belə buyurulur: "Onlar ağızları ilə Allah‘ın nurunu söndürmək istəyirlər. Allah isə (buna) yol verməz, kafirlərin xoşuna gəlməsə də, O, Öz nurunu tamamlayar". (Tövbə Surəsi, 32)

Allah vəhy etdiyi İlahi dinlərlə insanlara nurunu endirmişdir. İnkarçılar isə bu nuru ağızları, yəni sözləri, təlqinləri, təbliğatları və fəlsəfələri ilə söndürmək istəyirlər. Ancaq Allah sonunda nurunu tamamlayacaq, yəni din əxlaqını dünyaya hakim edəcək.

Yazının əvvəlində bəhs etdiyimiz tarixin dönüş nöqtəsi istər burda verdiyimiz dəlillərlə, istərsə də hədislərin və bəzi alimlərin işarələri ilə məhz bu ola bilər (Əlbəttə doğrusunu Allah bilir).

Bütün bunlar göstərir ki, Allah‘dan bixəbər yaşayan bir çox qafil insanın imanla şərəflənəcəyi ateizmdən sonrakı dövr sürətlə yaxınlaşır.

Anti Darvinist digər saytlarımız
www.tekamulinternasional.com    
www.heyatingercekmenseyi.com  
www.tekamulsaxtakarliqlari.com  
www.darvinizm.info  
www.Allahinvarliqdelilleri.com  
www.quranveelm.com  
www.yaradilisdelilleri.com  
www.dusunek.net  
www.maddeninardindakisirr.net  
www.adnanoktar.az  

DİGƏR SAYTLAR ÜÇÜN>>

 
 

 

 

 

 

 

 

 

 

Tv izlə | HarunYəhya | Fosil